Xatirə Quliyeva. "The Era, Worldview and Philosophical Views of Lotfi A. Zadeh" (Lambert.2023)
Monoqrafiyalar 24 ноя 2025, 10:02Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları” (The Era, Worldview and Philosophical Views of Lotfi A. Zadeh) monoqrafiyası bu günlərdə Lambert akademik nəşriyyatında çapdan çıxıb. Bu monoqrafiya Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları haqqında ilk əsərdir.
AZƏRTAC xəbər verir ki, müəllif 4 fəsil və 17 yarımfəsildən ibarət olan monoqrafiyada dünyaşöhrətli alimin yaşadığı dövrü, keşməkeşli həyatını, rasional və qeyri-səlis məntiqlə sintezdə formalaşmış özünəməxsus və zəngin dünyagörüşünü, multikultural, tolerant, eyni zamanda, identik fəlsəfi baxışlarını ən yeni mənbələr və elmi yanaşmalar kontekstində tədqiq edib.
Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın bu tədqiqat əsəri indiyə qədər hissə-hissə AMEA-nın saytında, həmçinin xaricdə - ABŞ, Çin, Türkiyə, Pakistan, İndoneziya, Polşa kimi ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilib. Alim bu mövzuda Macarıstanda və Şimali Kipr Türk Cümhuriyyətində keçirilmiş beynəlxalq konfranslarda geniş məruzələrlə çıxış edib.





