43

Xatirə Quliyeva. “Dünyagörüşü konsepsiyası: Tarix və müasirlik”Lütfi Zadənin dünyagörüşü kontekstində. (ABŞ.China-USA Buisness Review.2024)

Məqalələr

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Xatirə Quliyevanın “Dünyagörüşü konsepsiyası: Tarix və müasirlik (Lütfi Zadənin dünyagörüşü kontekstində)” sərlövhəli məqaləsi ABŞ-da “China-USA Buisness Review” jurnalında dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə filosof alimin dünyaşöhrətli alim Lütfi Zadə haqqında yazdığı və ötən il “Lampert” akademik nəşriyyatı tərəfindən 7 dildə dərc olunmuş monoqrafiyası əsasında yazılıb.

Xatırladaq ki, “China-USA Buisness Review” jurnalı bundan əvvəl Xatirə Quliyevanın “Azərbaycançılıq ideologiyasından multikulturalizmə kimi milli mədəniyyətlərarası dialoq fəlsəfəmiz” və “Süni zəkanın tarixi, metodologiyası və hipotezi” adlı məqalələrini dərc edib.

Oxşar xəbərlər:

Back to Top