54

Xatirə Qulieva. “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dövrü” (ABŞ.Fəlsəfi tədqiqatlar.2023)

Məqalələr

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dövrü” (“The Era of Heydar Aliyev, the Great Leader of the Azerbaijani People”) adlı məqaləsi ABŞ-ın “Fəlsəfi tədqiqatlar” (“Philosophy study”) jurnalında işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, məqalədə Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və siyasi fəaliyyəti, Ümummilli Liderin fəaliyyətinin məzmun və mahiyyətini ehtiva edən dünyagörüşü təhlil edilir, yeni yanaşmalarla dəyərləndirilir.

Məqalə Xatirə Quliyevanın Ümummilli Lider Heydər Əliyevin siyasət yolu haqqında yazdığı monoqrafiyasının bir yarımfəslindən qaynaqlanır.

Qeyd edək ki, Xatirə Quliyeva 2000-ci ildən Ulu Öndər Heydər Əliyevin siyasi irsinin tədqiqatçısıdır. Alimin bu istiqamətdə “Heydər Əliyev və mənəvi-estetik dəyərlər, “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” monoqrafiyaları, “Ulu Öndər Heydər Əliyevin siyasətinin müdriklik gücü”, “Şuşa Bəyannaməsi - birlik və həmrəylik fəlsəfəsi” məqalələr topluları ölkədə və xaricdə çap olunub. “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dövrü” məqaləsi isə onun Amerikada çap olunan 3-cü məqaləsidir.



Oxşar xəbərlər:

Back to Top