59

Xatirə Quliyeva. "Süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələləri" (Polşa.2021)

Məqalələr

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələləri” adlı məqaləsi Polşada türk alimləri Ali Akdemir və Hasan Arslanın elmi redaktorluğu ilə nəşr olunmuş “Təşkilatların idarə edilməsinə fənlərarası yanaşma” (“An Interdisciplinary Approach to the Management of Organizations”) kitabına daxil edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə qloballaşmanın ən mühüm elmi-texniki hadisəsi və eyni zamanda, fəlsəfə elminin yeni və ciddi mövzularından olan süni intellekt sisteminin tarixindən və metodologiyasından bəhs olunur. Müəllif süni intellekt fəlsəfəsi, onun proqressiv və reqressiv inkişaf problemləri haqqında mühüm mənbələrə, tanınmış dünya alimlərinin əsərlərinə istinad etməklə yeni elmi fikirlər irəli sürür. Bildirir ki, insanı əvəz edəcək süni intellekt maşınının ən proqressiv nümunəsinin yaradılması və ən azı 3 ölkədə tam qüvvəsi ilə fəaliyyətə başlaması hazırda nəzəri və empirik əsaslandırılmayıb və ehtimal mahiyyətindədir. Bunun da səbəbi əkslikləri təşkil edən proqressiv və reqressiv inkişafın paralel hərəkəti, hətta ikincinin birincini üstələməsidir.

Qeyd edək ki, kitab dünyanın ən məşhur elmi indekslərinə daxil edilib.

Oxşar xəbərlər:

Back to Top