42

AMEA alimləri beynəlxalq konfransda məruzə ediblər

Konfranslar

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ECLSS org. beynəlxalq konfrans təşkilatı və Türkiyənin Balıkesir Universitetinin (Balıkesir Burhane Uygulamalı Bilimler Fakültesinin) birgə təşkilatçılığı ilə Balıkesir Burhane Uygulamalı Bilimler Fakültəsində keçirilmiş konfransda iştirak ediblər.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva tarixi qədim dövrlərə gedib çıxan, XX əsrin dahi siyasi xadimi, dövlət qurucusu Heydər Əliyevin indi aforizm kimi dillərdə əzbər olan “Bir millət iki Dövlət” müdrik kəlamı ilə bütün dünyada məşhur, yüksək inkişaf xətti ilə qardaşlıq, həmrəylik iradəsini günbəgün sübut edən Azərbaycan-Türkiyə əlaqələrini ehtiva edən “Azərbaycan və Türkiyə Respublikaları arasında Fəlsəfi-Antropoloji və Etno-Psixoloji Əsaslar”, A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Naxçıvanda iqtisadi, siyasi sabitliyə nail olunmasa, regional tərəfdaşlıq, diplomatik münasibətlər geosiyasi məsələsini önə çəkən “Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyəti: tarixi-diplomatik uğurlar”, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları - Sevinc Quliyeva Azərbaycanın milli-identik şüurunun dolğun ailə-nigah adət-ənənələrindən bəhs edən “Azərbaycanda ailə-nigah identikliyinin milli-psixoloji qaynaqları”, Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanova iqlim dəyişmələrinin sosial nəticələrinin beynəlxalq əməkdaşlıq xüsusilə, Azərbaycan-Türkiyə dostluğu və əməkdaşlığı kontekstində təhlilindən bəhs edən “The social consequences of climate change in the context of international cooperation” (Beynəlxalq əməkdaşlıq kontekstində iqlim dəyişmələrinin sosial nəticələri) mövzuları ilə ECLSS org. beynəlxalq konfrans təşkilatı və Türkiyənin Balıkesir Universitetlərinin ev sahibliyi ilə Balıkesir Universitetinin Burhane Uygulamalı Bilimler Fakültəsində keçirilmiş beynəlxalq konfransda iştirak ediblər.

Ölkəmizi təmsil edən alimlərin elmi-aktual problemləri əhatə edən məruzələri konfrans iştirakçıları, qonaqlar və universitet kollektivi tərəfindən maraqla qarşılanmış və onlara Konfransın Sertifikatları, Türkiyənin bu regionuna xas olan zeytun yağı, zeytun, qurudulmuş reyhan, xüsusi sabun və s. hədiyyələr verilib.
Mənbə
science.gov.az saytı



Oxşar xəbərlər:

Back to Top