Xatirə Quliyeva. “İmadəddin Nəsimi irsi çağdaş ərəb tədqiqatlarında” (Bakı.Avropa nəşriyyatı.2020)
Kitablar 27 ноя 2025, 11:54Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin təsisçisi və sədri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “İmadəddin Nəsimi irsi çağdaş ərəb tədqiqatlarında” elmi məqalələr toplusu “Avropa” nəşriyyatında çap olunub.
AZƏRTAC xəbər verir ki, topluya alimin çağdaş ərəb tədqiqat materialları əsasında yazdığı və ölkə mətbuatında dərc olunmuş elmi məqalələri daxil edilib.
“İmadəddin Nəsimi irsi çağdaş ərəb tədqiqatlarında“ toplusunun elmi redaktoru AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru Nərgiz Axundova, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Tahirə Allahyarova və fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov, redaktoru Sevinc Nisa Quliyevadır.





